image-n1karobka_ads
image-123
image-683897bfae5ac948757fd513backend

Həmas və İsrail 60 günlük atəşkəsə razılaşıblar

Fələstinin Həmas hərəkatı və İsrail tərəfi Qəzza zolağında 60 günlük atəşkəsə razılaşıb.

Bu barədə “Al Arabiya” məlumat yayıb.

“Həmas və İsrail 60 günlük atəşkəsə razılaşıb. ABŞ prezidenti Donald Tramp bir neçə saat ərzində Qəzzada atəşkəsin təfərrüatlarını açıqlayacaq”, – nəşr yazır.

Bundan əvvəl İsrail ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Qəzza zolağında atəşkəslə bağlı yeni planını qəbul edib.

Fələstinin Həmas hərəkatı Qəzzada atəşkəs üçün Wittkoffdan yeni təklif aldığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki