image-2000x150px
image-comp-versiya
image-img-20210426-wa0001backend

Hər şəhid bir çinardır – Tural Əliyev yazır

image-728x90px
Doğru.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsin, Sabir Abbasov adına 117 saylı tam orta məktəbin sagirdi  Tural Əliyev məktəbli müsabiqədə iştirak üçün şəhid Mayor Amid Heydərovdan yazdı.

Düşmən qarşısında imanla dayanıb, vətənimizi qoruyarkən şəhid olan igid qardaşlarımızdan birinin dəfn mərasimindən çəkilmiş şəkilləri gördükdə, hislərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim.

Sən sağ olasan Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözümü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yanında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Min əziyyətlə böyütdüyü oğluna nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub göz yaşlarını ovundurmağa çalışır,dindirəndə həzin bir səslə pıçıldayır:

“Onlara belə oğul fəda edərəm Vətən uğrunda təki Vətən sağ olsun”,-deyir,oğlunun nəşi üstünə sərilən barağımızdan,onun əsgər yoldaşlarından təskinlik tapir…

Hər kəs baş əyir məzarın önündə,”səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni”deyir.

Bax şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. 3 oktyabr 2020-ci il bu tarixdə vətən torpağına daha bir çinar əkildi. Mədəniyyətimizdə çinar və şəhidlik zirvəsi müqəddəs bir dəyərdir. Bu müqəddəs dəyərə sahib olanlardan biri də Mayor Amid Heydərovdur. Amid Heydərovdur 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olmuşdur.O 1995-ci ildə Lerik rayon tam orta internat məktəbinin 1-ci sinifinə qəbul olmuşdur.Amid uşaq vaxtlarindan çox intellektli,çevik qərar verən və analitik düşüncəyə sahib biri idi. 5-6-ci siniflərdən Amid riyaziyyat və fizika fənlərini çox yaxşı oxuyurdu.

Humanitar fənlərə marağı olmasa da tarixdən dərsləri müəllim izah etməmiş müstəqil öyrənirdi. Çox vaxt dərslikdə döyüşlər haqqinda olan məlumatlar içərisində orduların qarşı-qarşıya düzülük taktikaları hərbi nizamnamələr və silah sursatin quruluşundan bəhs edən mövzular marağına səbəb olurdu. Məktəbdə vətən haqqında keçirilən tədbirlərdə hər zaman yaxından iştirak edirdi.

Müəllimlər uşaqlardan peşələrini soruşanda biri müəllim, biri həkim, biri usta olacağını deyəndə, Amid “mən general olacağam” deyərdi.

Sinif yoldaşları Amidin həmişə mehriban, gülərüz və zarafatcıl olduğunu söyləyirlər. Uşaqlıqdan hərbi sahəyə marağı artdıqca qəlbindəki Qarabağ acısı daha da böyüyürdü və torpaqlarımızın alınacağı günü səbirsizliklə gözləyirdi.

2006-cı ildə orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur.Buranı bitirdikdən sonra Baki Ali Hərbi məktəbə daxil olmuşdur. Hərbi məktəbə daxil olduqdan sonra sinif yoldaşları ilə görüşərkən demişdir: ”Bir arzum yerinə yetdi artıq tanqistdəm…”Amma döyüşsüz nə mənası var ki,döyüş istəyirəm,torpaqlarımızı azad görmək istəyirəm. Amid həmişə deyirdi,Şuşaya girən ilk tank mənim tankım olacaq.Onun ən böyük arzusu Sovet İttifaqı Qəhramanı,qvardiya general – Mayoru Həzi Aslanovun yolunu davam etmək idi.

2010-cu ildə Akademiyanı bitirən Amid Ağcabədi rayonunda yerləşən”N”saylı hərbi hissəyə leytnant,tağım komandiri təyin olunmuşdur.2015-ci ildə baş leytnant rütbəsi almış,Beyləqanda 4il bölük komandiri vəzifəsində işləmişdir.
Ürəyi Vətən sevgisi ilə döyünən igid komandirin qardaşı deyir: Hər dəfə qardaşımla danışdığım zaman ona-özünü gözlə:qabağa getmə deyərdim.
-Amid isə deyirdi ki,mən arxada qalıb”irəli”deyə bilmərəm,özüm öndə gedib deməliyəmki,”Arxamca irəli”. Bir tankçı kimi Lələtəpəyə ilk mən necə çıxmışamsa,Şuşayada tankçı kimi ilk mən girəcəyəm.
Bəlİ Amid 2016-ci il aprel döyüşlərində bu arzusunu qismən yerinə yetirmişdi.Bu döyüşdə Lələtəpəyə çıxan ilk tankçı Amid Heydərov olmuşdur.Göstərdiyi nəticəyə görə Amid İlham Əliyevin sərəncamına əsasən vaxtından əvvəl kapitan rütbəsi almışdir.Cəbrayıl rayonunun 8 kəndinin alınmasında iştirak etmiş böyük şücayətlər göstərərək düşmənin çoxlu sayda tankını və digər döyüş texnikalrını sıradan çıxartmışdır.

Sonda Cəbrayıl rayonunun Nuzigar kəndi istiqamətində gedən şiddətli döyüşlərdə Amid digər bir tank heyyəti ilə birlikdə vurulan tankların şəxsi heyyətini xilas etmək üçün irəli çıxır və tanklar vurulan istiqamətdə hücuma keçir.O döyüşdə tək başına düşmən postuna ilərləyərək bütün mərmiləri istifadə edir.Qeyri bərabər döyüşdə igid komandir Mayor-tankçı Heydərov Amid Azərbaycan Respublikası bütövlüyü uğrunda canından keçməklə oktyabr ayının 3-də qəhramancasına şəhid olur.Amid döyüşə gedərkən tankının üzərinə”son mənzilimiz Şuşa”yazmışdı,amma,qismət olmadı.O şəhid olsa da döyüş yoldaşları onun son arzusunu yerinə yetirdilər.Şuşaya ilk olaraq Amidin tankı daxil oldu.Şəgidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək torpağa tapşırıldı.

Ölümündən sonra Ali Baş Komandanın Sərəncamına əsasən Amid Heydərov”Vətən Müharibəsi Qəhramanı””Vətən uğrunda”və”Cəbrayılın azad olunmasına görə medal ilə təltif olundu.

Allah rəhmət eləsin, Cənab Mayor Amid Heydərov

DOĞRU.AZ
image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki