Hindistan və Pakistan əsgərləri Cammu bölgəsində atəş açıblar, The Times of India yüksək rütbəli Hindistan rəsmisinə istinadən xəbər verir.
“Pahalqam hücumundan sonra ilk dəfə Hindistan və Pakistan orduları arasında çarpaz atəş Kəşmirin Cammu bölgəsinə çatıb”, – nəşr bildirib.
Qeyd olunur ki, Pakistan artıq 5 gündür ki, nəzarət xətti boyunca atəşkəsi pozur və bu, iki ölkə arasında gərginliyin artmasına səbəb olur.
Daha əvvəl PTI xəbər vermişdi ki, Hindistanın baş naziri Narendra Modi Silahlı Qüvvələrə Kəşmirdəki terror hücumuna necə cavab verəcəklərini seçməkdə tam azadlıq verib.
DOĞRU.AZ