Tarixin ən böyük hava döyüşü Hindistan və Pakistan arasında 125 təyyarənin iştirakı ilə baş verib.
“Pakistan və Hindistan qırıcıları arasında it döyüşü müasir aviasiya tarixində ən böyük və ən uzun döyüş olub və beş Hindistan təyyarəsi vurulub”, – CNN Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən yazıb.
Toqquşmanın bir saatdan çox davam etdiyi qeyd edilir. Eyni zamanda, təyyarələr öz ölkələrinin hava məkanını tərk etməyiblər.
Daha əvvəl Hindistan Pakistanın hücumları nəticəsində 16 nəfərin öldüyünü bildirmişdi . Ölkənin hərbi idarəsi həmçinin Hindistanın Pakistanın Lahorda hava hücumundan müdafiə sistemini məhv etdiyini bildirib .
DOĞRU.AZ