image-n1karobka_ads
image-123
image-66851bd6ae5ac911ea013437-1backend

Hindistanda izdihamda ölənlərin sayı 121 nəfərə çatıb

image-ad_qayo_720x110px

Hindistanın Uttar-Pradeş ştatının Hathras şəhərində dini toplantıda baş verən izdiham nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb.

Bu barədə Associated Press məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 28 nəfərin xəstəxanalarda müalicəsi davam edir. 

İzdiham izdiham müvəqqəti çadırın çıxışına doğru hərəkət etməyə başlayanda baş verib.

İcazə verilən 80 min əvəzinə tarlada baş tutan tədbirə 250 minə yaxın adam gəlib. Faciəyə səbəb olan əlavə amillər arasında rəsmilər pis hava şəraitinin də adını çəkib.

Bundan əvvəl Hindistanda dini festivalda izdiham zamanı 100-dən çox insanın öldüyü bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki