image-n1karobka_ads
image-123
image-670a3737ae5ac96fb317cdc5backend

Hizbullah əsgərləri İsrailin şimalındakı Safed hərbi dairəsinin qərargahına hücum edib

Hizbullah təşkilatının silahlı qüvvələri İsrail ordusunun Safed şəhərindəki şimal hərbi dairəsinin qərargahına raket zərbəsi endirib.

TASS xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, şiə döyüşçüləri Aşağı Qalileydəki Tiberiya şəhərini və Huma kəndindəki İsrail hərbi bazasını da raket atəşinə tutublar.

Bundan əvvəl Livanın “Hizbullah” şiə hərəkatı öz məlumatlarına görə İsrail ordusunun istifadə etdiyi İsrailin şimalındakı yaşayış binalarını zərbələri üçün hədəf adlandırmışdı .

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki