Hizbullah hərəkatı hərbi əməliyyatların yeni mərhələsinə keçdiyini elan edib.
Bu barədə hərəkatın lideri Həsən Nəsrullah bildirib.
“Biz bütün cəbhələrdə açıq döyüşdəyik və yeni mərhələyə qədəm qoyduq”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
O, həmçinin qeyd edib ki, yeni mərhələ təkcə Fələstin cəbhəsini dəstəkləməkdən ibarət deyil – Hizbullah indi “böyük bir döyüşün astanasındadır və bu, artıq digər cəbhələrə verilən dəstək səviyyəsini üstələyib”.
Bundan əvvəl İsrailin Beyrut kənarında endirdiyi zərbələrə görə Livanın BMT Təhlükəsizlik Şurasına şikayət göndərdiyi bildirilirdi.
DOĞRU.AZ