İsrail ordusunun Livanın cənubunda quru əməliyyatı başlayandan bəri İsrail hərbçiləri 55 əsgərini itirib.
Statistikanı “Hizbullah” şiə hərəkatı verib.
Hizbullah rəsmiləri həmçinin 500-dən çox İsrail əsgərinin yaralandığını bildiriblər.
“20 Merkava tankı və dörd hərbi buldozer məhv edilib”, – hərəkat nümayəndələri əlavə ediblər.
Bundan əvvəl Hizbullah İsraillə müharibədə yeni mərhələyə keçdiyini açıqlamışdı.
Mənbə RİA Novosti