Hollandiya vəd etdiyi F-16 qırıcılarının sonuncusunu mayın 26-da Ukrayna tərəfinə təhvil verəcək.
Krallığın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bu barədə WNL op Zondag telekanalının efirində bildirib.
“Sonuncu F-16-lar sabah Hollandiyadan yola düşəcək”, – deyən nazir əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin sərəncamında 24 döyüş təyyarəsi partiyası olacaq.
Mayın 16-da Ukrayna hava hücumunu dəf edərkən daha bir F-16 qırıcısını itirib.
Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov bildirib ki, Ukraynada F-16 qırıcılarının vurulması artıq “yaxşı ənənəyə” çevrilib.
DOĞRU.AZ