Hollandiyanın Nunspeet kəndində işıq şousu zamanı avtomobil izdihamın üzərinə çırpılıb. Dutch News portalının məlumatına görə, qəza nəticəsində doqquz nəfər xəsarət alıb.
Doğru.az xəbər verir ki, polis hadisənin qəsdən baş verə biləcəyini istisna etməyib, istintaq isə davam edir. Nəqliyyat vasitəsini 56 yaşlı yerli sakin idarə edirdi. Qadın yüngül xəsarətlər alıb.
Qeyd edək ki, dekabrın əvvəlində Fransanın Qvadelupa dəniz departamentində Milad bazarında avtomobil izdihama çırpılaraq 19 nəfərin yaralanmasına səbəb olmuşdu.
DOĞRU.AZ




























