image-2000x150px
image-123
image-ads_atlas
image-2532189backend

Hulusi Akar Yunanıstana cavab verdi

image-728x90px

Türkiyənin müdafiə naziri Hulusi Akarın sədrliyi ilə ordu komandanları, eləcə də ölkədə və xaricdə fəaliyyət göstərən hərbi birliklərin komandirlərinin iştirakı ilə toplantı keçirilib.

Videokonfrans formatında baş tutan tədbirdə Silahlı Qüvvələrin cari əməliyyatları, həmçinin terrorla mübarizə və Şərqi Aralıq dənizindəki vəziyyət kimi aktual mövzular müzakirə olunub.

Nazir çıxışında Türkiyəni təcavüzkarlıqda ittiham edən Yunanıstanın bəzi dairələrinə tutarlı cavab verib.

“Biz Ege və Şərqi Aralıq dənizində baş verənləri də yaxından izləyirik. Heç bir şəkildə aqressiv deyilik, orada haqqımızı müdafiə edirik. Türkiyə bütün fəaliyyətini ağlabatan, məntiqli və sakit şəkildə həyata keçirir. Biz bu şəkildə davranarkən, Yunanıstan təxribat xarakterli, gərginliyi artıran, aqressiv ritorika və hərəkətlərə yol verir. Yunanıstan rəsmiləri sanki Türkiyənin ölkələrinə qarşı bir həmləsi varmış kimi ifadələr işlədirərək “Yunanıstan məsum, Türkiyə isə təcavüzkardır” təsəvvürünü yaratmağa çalışırlar. Amma tarix və indiki proseslər açıq şəkildə göstərir ki, təcavüzkar və ekspansiyaçı özləridir”, – deyə Akar bəyan edib.

Nazir həmçinin, yunan tərəfinin dənizdə miqrantları ölümə tərk edərkən Türkiyəni təcavüzkar adlandırmağını riyakarlıq və ikiüzlülük adlandırıb.  “Haber Global”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki