Yəmənin Ənsar Allah (Husi) sözçüsü Yəhya Sariya bildirib ki, onların qüvvələri Təl-Əvivdəki hədəfləri iki ballistik raketlə vurub.
Doğru.az xəbər verir ki, Sariya “Al Masirah” telekanalına açıqlamasında hücumun Yaffa bölgəsinə yönəldiyini və “Fələstin-2” və “Zülfiqar” raketlərinin istifadə edildiyini qeyd edib. Husi tərəfi əməliyyatın məqsədlərinə “başa çatdığını” iddia edir.
İsrail ordusu isə Yəmən ərazisindən atılan bir raketin ələ keçirildiyini açıqlayıb. Qeyd edək ki, husilər bundan əvvəl də İsraildəki bir sıra hədəflərə, o cümlədən Təl-Əvivdəki Baş Qərargaha pilotsuz təyyarələrlə hücum ediblər.
DOĞRU.AZ