Doğru.az xəbər verir ki, Yəmənin üsyançı hərəkatı Ənsar Allah (husilər) Tel-Əvivin Ben Qurion hava limanına raket hücumu həyata keçirib.
Üsyançıların silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sarı bildirib:
“Yəmənin raket qüvvələri Ben Qurion hava limanına hücum edib”.
Ənsar Allah sözçüsü əlavə edib ki, husilər həmçinin Aşkelon, Tel-Əviv və Eylat şəhərlərinə pilotsuz təyyarələrlə də hücumlar təşkil ediblər.
Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz Yəmənə yeni zərbələr endirildiyini açıqlamışdı.
DOĞRU.AZ