image-ads_n1karobka_mobile
image-689d83fa02e8bd69c011bae2backend

Husilər İsrailin Ben-Qurion hava limanını raketlə vurduğunu açıqladı

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının sözçüsü Yəhya Saria İsrailin Ben-Qurion hava limanına raket zərbəsi endirildiyini bildirib.

Doğru.az xəbər verir ki, “Al Masirah” telekanalının yaydığı məlumata görə, hücumda “Fələstin-2” tipli hipersəs ballistik raketindən istifadə olunub.

Husilər zərbənin hədəfə dəydiyini və məqsədə nail olunduğunu iddia edirlər. Bundan əvvəl onlar İsraildəki üç hədəfə pilotsuz təyyarələrlə zərbələr endirdiklərini açıqlamışdılar.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki