image-n1karobka_ads
image-123
image-6720a53002e8bd6838508c8cbackend

Husilər İsrailin cənubundakı Aşkelona pilotsuz təyyarələrin zərbə endirdiyini iddia edirlər

Yəmənin Ənsar Allah hərəkatının hərbi nümayəndəsi Yəhya Sari İsrailin cənubundakı Aşkelon şəhərinə pilotsuz təyyarə ilə zərbə endirdiyini açıqlayıb.

Bu barədə TASS yazır.

Husilərin məlumatına görə, zərbə şəhərin sənaye zonasına pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

İsrail Müdafiə Qüvvələri (IDF) öz növbəsində Yəməndən buraxılan pilotsuz təyyarənin açıq ərazidə vurulduğunu bildirib. Ölənlər barədə məlumat yoxdur.

Bundan əvvəl məlum olub ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Qəzza zolağında 28 gün ərzində hərbi əməliyyatların dayandırılması üçün yeni format təklif edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki