image-ads_n1karobka_mobile
image-6769a4b1ae5ac91de3177b79backend

Husilər Təl-Əviv və Aşkelondakı hədəflərə zərbələr endirib

Yəmənin Ənsar Allah hərəkatının tərəfdarları Təl-Əviv və Aşkelon bölgəsindəki hərbi hədəflərə pilotsuz uçuş aparatları vasitəsilə hücum ediblər.

Bu barədə qiyamçıların hərbi sözçüsü Yəhya Sarı məlumat verib.

Onun sözlərinə görə, İsrailə qarşı ilk əməliyyat zamanı PUA-dan istifadə edərək Aşkelondakı “İsrail düşməninin hərbi hədəfinə” hücum ediblər.

“İşğal edilmiş Yaffa bölgəsində İsrail düşməninin hərbi hədəfinə qarşı pilotsuz uçan aparatdan istifadə etməklə növbəti əməliyyat keçirilib”, – TASS onun sözlərindən sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə ölkənin müdafiə ordusunu (IDF) Yəməndəki husilərin strateji hədəflərinə hücum etməyə çağırıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki