image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220908_085339_892backend

İcra başçısı Gəncə şəhər stadionuna baş çəkib – FOTO

image-728x90px

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər stadionunda olub.

Doğru.Az “Kəpəz”in mətbuat xidmətinə istinadən xəbər verir ki, İcra başçısı klubun İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvləri millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüb. 

İdarə Heyətinin sədri İlqar Nadiri arenada görülən işlər barədə məlumat verib. Stadionun qəzalı vəziyyəti ilə maraqlanan İcra Hakimiyyətinin başçısına bildirilib ki, “Kəpəz”in ev oyunlarını burada keçirə bilməməsi azarkeşləri məyus edib. Niyazi Bayramov vəziyyətin həlli istiqamətində kluba dəstək verəcəklərini söyləyib. 

Yeni baş məşqçi Tərlan Əhmədovu təyinatı münasibəti ilə təbrik edib ona uğurlar arzulayan icra başçısı Gəncədə futbolun çox sevildiyini deyərək “Kəpəz” azarkeşlərinin qələbələrə layiq olduğunu əlavə edib. Təcrübəli mütəxəssis komandanın əvvəlki ənənələrini bərpa etməsi üçün çalışdıqlarını, tezliklə fanatları sevindirəcəklərinə inandığını vurğulayıb.  

İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov stadionda U-15 Liqasının II turun oyunları çərçivəsində keçirilən “Kəpəz” – Şimal Elit görüşünü də azarkeşlər arasından izləyib. Qarşılaşmadan sonra hər iki komandanın məşçqiləri və futbolçuları ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.

image-d9671f_7c066ee12e784e5a876e1b89295d08c1_mv2image-d9671f_967edb28c3814570bd068b313b8aa2dd_mv2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki