İsrail Müdafiə Qüvvələri Livandan ölkə sərhədinə yaxınlaşan pilotsuz uçuş aparatının qarşısını aldığını bildirib.
Bu barədə məlumat IDF Telegram kanalında yer alıb.
Bundan əlavə, İsrail ordusu ölkənin şimalında hava hücumu sirenlərinin işə düşdüyünü açıqlayıb.
Bundan əvvəl İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Qolan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.
ABŞ həmçinin İsrailə vəziyyətin nəzarətdən çıxması riski barədə xəbərdarlıq edib.
DOĞRU.AZ