İsrail ordusunun bəzi əsas silahları tükənmək üzrədir.
NBC-nin məlumatına görə , İDF xüsusilə sursat çatışmazlığı ilə üzləşib.
“Bu çatışmazlıq Tramp və Netanyahu arasında Trampın İsrail və İran arasında 12 günlük zərbələrdən sonra atəşkəs əldə etmək səyləri ilə bağlı yaranan gərginlik fonunda baş verir”, – nəşr yazır.
İran prezidenti Məsud Pezeşkian daha əvvəl vurğulamışdı ki , İsrail İrana zərbə endirməklə öz məqsədlərinə nail ola bilməyib.
Eyni zamanda İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə layihəsinin ləğv olunduğunu açıqlayıb.
DOĞRU.AZ