image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210801_130308_010backend

İdmançımız 27 atıcı içindən 24-cü olub

image-728x90px

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişiərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında ilk günə yekun vurulub.

“Doğru.az”-ın məlumatına görə, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib.

O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki