image-2000x150px
image-970x50px
image-20210319_092147backend

İdmançımız Tunisdə medal qazanıb

image-728x90px

Azərbaycanın paraatleti Oloxan Musayev Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.

“Doğru.az”ın məlumatına görə, F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 metr nəticə göstərib.

Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən Orxan Qasımov nizə atma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  Qeyd edək ki, Oloxan Musayev artıq Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki