image-2000x150px
image-123
image-ads_atlas
image-aff-1backend

İki komanda Azərbaycan çempionatından kənarlaşdırılıb

image-728x90px

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, U-10 liqasında yer alan “Xətai” və U-11 liqasında mübarizə aparan “Qoşqar” mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.

“Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi “Qoşqar”ın isə “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.

Bundan başqa, daha iki komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında keçirilməli olan “Binə” – “Zəngəzur” oyununda ikincilərin heyətində yetərsay olmayıb. Mövsümdə ikinci dəfə bu hal yaşandığından, “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda isə “Şəmkir” Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, “Şəmkir”in texniki məğlubiyyət alması ilə nəticələnib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki