İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülərlə maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri onlara izah edilir.
Polis sürücüləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırır və vurğulayır ki, bu yalnız şəxsi deyil, eyni zamanda ictimai məsuliyyətdir.
DOĞRU.AZ