image-2000x150px
image-123
image-ads_atlas
image-ilham-eliyevbackend

İlham Əliyev dövlət agentliyinə üç milyon manat ayırdı – SƏRƏNCAM

image-728x90px

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin üç milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki