image-2000x150px
image-123
image-ads_atlas
image-146018442_10164502968230315_8697873542092947368_obackend

İlham Əliyev: “Erməni işğalçıları azərbaycanlıların geri qayıtmağa yeri qalmasın deyə hər şeyi məhv ediblər”

image-728x90px

“Son yarım il ərzində dəfələrlə azad edilmiş ərazilərdə olmuşam və maşınla yüzlərlə kilometr, 400-450 km gedərkən yalnız dağıdılmış kənd və şəhərləri görürsən”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Oradakı kənd və şəhərlərin 95 faizi tamamilə məhv edilib. Özü də onların heç də hamısı Birinci Qarabağ müharibəsində məhv edilməyib – bu qədərini məhv etmək, sadəcə, mümkün deyil, bu, daha sonra edilib”, – deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, ermənilər bu ərazilərdəki evləri və məktəbləri söküblər, tikinti materiallarını oğurlayıblar, Azərbaycan mədəniyyətini və irsini bu ərazilərdən silməyə çalışıblar:

“Erməni işğalçılarının başqa bir məqsədi də azərbaycanlıların geri qayıtmaq üçün yeri olmasın deyə hər şeyi məhv etmək idi və indi həqiqətən geri qayıtmaq üçün yer yoxdur”.

Dövlət başçısı xatırladıb ki, oktyabrda Füzuli azad edilərkən Azərbaycan bayrağını qaldırmağa yer olmayıb, çünki şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.

Eyni zamanda Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə infrastrukturun bərpası, o cümlədən onların elektrikləşdirilməsi, yol tikintisi üzrə aktiv prosesin artıq başladığını qeyd edib

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki