image-2000x150px
image-123
image-ads_atlas
image-1594814467-9backend

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli qaydada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev bu bayram günündə Prezident Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına əmin-amanlıq və rifah arzulayıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki