image-n1karobka_ads
image-123
image-1531495765_sudeifbackend

İlham Əliyev sabiq deputatı təltif etdi

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev Sudeif Bəşir oğlu İmamverdiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, S.İmamverdiyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, S.İmamverdiyev Türk Ağsaqqalları Birliyinin sədri, sabiq deputat, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professordur.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki