image-n1karobka_ads
image-123
image-gkrbwc6chowvj98ahy1z1yfbz1wfdc6srw6dju7r_1200backend

İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTO

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.

Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə yad edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

DOĞRU.AZ

image-yvjrrtz2cen9k0tfcska8ejaomuhjjfhvrgjlft9_640 image-azqlyn36unnymral7yenjzkg3uvutcgqlihoi3jk_640 image-gcqdozviow8oajp9tcj2sq0jktaq5pn6j2abhrdo_640 image-4wfnu1t1xbpw54eoz95sivhctblbp9zbvwsmorhd_640 image-m0ano3uvey1rmppg3yfxtojz9t3egk02b3qvgezg_640 image-ynledhdkm9sa295wiyystct4e6rnl0huhqt3hqey_640 image-zg0ypcxek8orcijsaw6kg2xe8yx7aznwpdtatul2_640 image-zv8hjx1cz7wlerbiirvxzkd1zftvce2b0qlubi8p_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki