image-n1karobka_ads
image-123
image-1746785119655932811_1200x630backend

Bakıda “Kənddən Şəhərə” yarmarkası: 40-dan çox fermer bir arada

Bakının Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığında) “Kənddən Şəhərə” adlı həftəsonu yarmarkası fəaliyyətə başlayıb. 9–11 may tarixlərini əhatə edən bu tədbirdə 20-dən artıq rayonu təmsil edən 40-dan çox fermer iştirak edir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış imkanları yaratmaq, şəhər sakinlərini isə təbii, sağlam və yerli məhsullarla təmin etməkdir.

Onun sözlərinə görə, yarmarkada məhsulların qiyməti bazarla müqayisədə daha sərfəlidir, keyfiyyəti isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanıldıqdan sonra satışa çıxarılır. Ərazidə Səyyar Qida Laboratoriyası da fəaliyyət göstərir.

Fermerlər tərəzi və piştaxtalarla tam ödənişsiz təmin olunublar. Onlar əvvəlcədən qeydiyyatdan keçərək 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirirlər.

İlqam Cəbiyev

DOĞRU.AZ

image-17467851192469219176_1200x630 image-17467851193106616504_1200x630 image-17467851192068444657_1200x630 image-1746785119343356911_1200x630 image-1746785119901458272_1200x630 image-17467851194610643788_1200x630 image-17467851192096413364_1200x630 image-174678511957404794_1200x630 image-1746785119432547549_1200x630 image-17467851195370860696_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki