Mayın 8-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin akt zalında “Heydər Əliyev irsi və hüquqi dövlət quruculuğu” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyub, onun rəhbərliyi ilə hüquqi və demokratik dövlət quruculuğuna əsaslı zəmin yaradılıb. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və hakimiyyət bölgüsü prinsiplərinə əsaslanan dövlət sisteminin formalaşmasını təmin edib.
Çıxış edənlər — Lerik rayon prokuroru Akif Rzayev, Lerik Rayon Məhkəməsinin sədri Rövşən Xəlilov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov — hüquqi dövlətin qurulmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim edilib.
Sonda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yekun çıxışı ilə tədbiri tamamlayıb.
DOĞRU.AZ