image-n1karobka_ads
image-123
image-681d9243ae5ac972437d263cbackend

Xi Jinping: Dünya son 10 ildə böyük sarsıntılar yaşadı

Son 10 il dünyada böyük təlatümlər dövrü və Rusiya ilə Çin arasında münasibətlərdə böyük irəliləyiş olub.

Bunu Çin prezidenti Si Cinpin Rusiya lideri Vladimir Putinlə danışıqların yekunu üzrə jurnalistlərlə görüşü zamanı deyib.

Çin Xarici İşlər Nazirliyi siyasətçinin sözlərindən sitat gətirir : “Son 10 ildə beynəlxalq vəziyyət böyük təlatümlər və dəyişikliklərlə üzləşdi, lakin eyni zamanda, Çin və Rusiya arasında münasibətlər böyük inkişaf və irəliyə doğru sıçrayış gördü”.

O vurğulayıb ki, bütün dünya “Çin və Rusiya arasında siyasi qarşılıqlı inamın” möhkəmlənməsinin şahidi olub.

Onun sözlərinə görə, dünyada, erada və tarixdə baş verən dəyişikliklər kontekstində Moskva və Pekin ikitərəfli münasibətləri inkişaf etdirmək kursunu qətiyyətlə saxlamalıdır.

Xi Jinping əlavə etdi ki, Rusiya və Çin polad kimi möhkəm dost olmalıdırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki