image-n1karobka_ads
image-123
image-qvuk64rzsjhqausbzemsj0f2smjmitidruyeonqr_1200backend

Leyla və Arzu Əliyevalar Sumqayıtda ağacəkmə aksiyasında iştirak ediblər – FOTO

Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada “ASAN xidmət” könüllüləri də iştirak ediblər.

Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verən bu təşəbbüs Sumqayıtda ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl işlər görülür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvan üçün inşa edilən evlə də tanış olublar. Görüş xoş təəssüratla yadda qalıb.

DOĞRU.AZ

image-qdfkgptmrairulpi4s8e8jymoxru6xivzeq0srmc_640 image-luurjkobenresnm8nwspuwmc5id9n3jbflvvtjru_640 image-wv0eek7lsxjgje50nxls3pfhefhckjytecgxjlad_640 image-z6mifynb4tnyp4qimevymbzuwszuip4lkbjijncd_640 image-sr6iirrbllwqauyejzdzn9jditfeuzspkqklwsrq_640 image-rnvm3ot08z8x9vadtgxofjqbifbq4sozys6uwsor_640 image-n2suekuvw6uqlnfmclvjal9xbdgnh5lubkhnjuzj_640 image-zuodr7sbliqyaagp4wzmpvdwqawhn1vg6zy9ccty_640 image-8nytqndpqdzepnecsa0yutmaswqqyqbjhb3e8p2m_640 image-yyyqzbtsflayeacd6gbppsaefqr4zrp8fmy8a5jk_640 image-pbn39bfz2x3ll6baqk1xpc6kij120xspai7cbarq_640 image-4flgzmj4syfxabwx2ncbmwhlvlr2eph5eyq5fcy2_640 image-cmi3f96zzekebz57ycktl5c2krk4hk6crpuoxs7z_640 image-glb17hex3i8brlszb2wvbyukfnwgjgoz6sfpd9jj_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki