image-n1karobka_ads
image-123
image-21jpg-1639054557backend

İlham Əliyev Fridrix Mertsi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Almaniya Federativ Respublikasının federal kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq, Azərbaycan ilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün birgə səylər göstərəcəyik.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır, dost xalqınıza daim firavanlıq diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki