image-n1karobka_ads
image-123
image-ryvtmfefhcjs3e9mpfco05en762qux3s1yh3r1m1_1200backend

Leyla və Arzu Əliyevalar “Rabat xalça sənəti” immersiv sərgisinın açılışında iştirak ediblər – FOTO

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.

Doğru.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.

Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.

Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib.

Sonra sərginin açılışı olub.

Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.

Sərgi mayın 10-dək davam edəcək.

Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın yeddi regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.

DOĞRU.AZ

image-aytfnmmneqgfwke19vebq9eu9krmb2nmihi5s686_640 image-q6h8phxtntr26py4zdti3st69vnlixnlxla36ucz_640 image-gow1bkbu69qotpcnemwwzh6pf4d4qt3qqv6ooxyu_640 image-20k27c2zpjqevoehfnjswgokf7wrkuz5grlplaqn_640 image-ho26aee53rgrxznpottymgiwqwlu5agaza0u1lec_640 image-ajzddn1ghx6rpqcfif1r2ppmhztxozowclf1sbkv_640 image-sx5ut6j8ca9muo7pipbkux2vf5ehacpfnctlqoq5_640 image-vq2gravfoj2hlcoefssnrcugpplq5drlhj2inbk4_640 image-n2jnqmqkjkyio07cdmulw9ubj1roysaqtdvzsvdm_640 image-udky3aldpxn8dlky75wtytcb1hl3xx0nf6swgz1z_640 image-akt2czpp5prwdkyv3xyqgqv8erzngzldzgpcn0tq_640 image-2we7xzu0mzxdz1fladbhscff7rmfblsgacg6inpb_640 image-tbs3ebmmhadrhlezr7nck0eeotb0l8bgclxexwpq_640 image-wqmnekvieybvgxaka5axctbpkfailrsjsvksps5t_640 image-jnsgtjsdjwpqwhoyetjafdtfwqje8m8igud6s98u_640 image-e64qasxnxcagsiv8bxeyh1691t2rkfyojjpr8apn_640 image-bqlgvfbkcovvbwyjti1ta2hyhgbi4kkziebonjke_640 image-5rgdwytkxzc90utxyovltld0yscnqoebxlypiidw_640 image-olwkz2vinrlvarnszat25irzvjxkcouxissdo2ky_640 image-bzaqf8bai4cutzkezxllcumwbd1b2kouyknp8drk_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki