image-n1karobka_ads
image-123
image-68f7e46702e8bd18197f21d7backend

Luvr muzeyinin direktoru istefa verdi, lakin Makron qəbul etmədi

image-ad_qayo_720x110px

Oktyabrın 19-da Parisdə baş vermiş Luvr oğurluğundan sonra muzeyin direktoru Laurens De Cars istefa verib, lakin Fransa prezidenti Emmanuel Makron onun istefa təklifini qəbul etməyib.

Doğru.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Makron son günlər ərzində De Cars-a bir neçə dəfə şəxsən zəng edib və onu vəzifəsində qalmağa razı salmağa çalışıb. Prezident həmçinin ona gələcək “Qran-Luvr” layihəsinə nəzarəti tapşırıb.

Məlumata görə, direktorun istefa qərarına səbəb muzeyin qarşıdan gələn bərpası və oğurluq hadisəsi olub.

Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Parisdəki Luvr muzeyindən Napoleon və onun həyat yoldaşına məxsus kolleksiyadan qızıl-zinət əşyaları oğurlayıblar. Fransa Mədəniyyət Nazirliyi hadisə ilə bağlı səkkiz zinət əşyasının oğurlandığını təsdiqləyib.

Luvr oğurluğundan dəyən ziyanın 88 milyon avro olduğu bildirilir. “Le Parisien”in məlumatına görə, cinayəti 4 nəfərdən ibarət qrup törədib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki