image-n1karobka_ads
image-123
image-68f7e990ae5ac94687440c28backend

İsrail Qırmızı Xaç vasitəsilə daha iki girovun cəsədini təhvil aldı

image-ad_qayo_720x110px

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, ölkə Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə daha iki ölü girovun cəsədini qəbul edib.

Doğru.az xəbər verir ki, baş nazirin ofisinin məlumatına əsasən, “Qırmızı Xaçın vasitəçiliyi ilə İsrail, ölən girovların cəsədləri olan iki tabut aldı və onlar İsrail Müdafiə Qüvvələrinə (IDF) və Qəzza zolağındakı Baş Təhlükəsizlik Xidmətinə təhvil verildi”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İsrail və Fələstinin Həmas hərəkatı arasında atəşkəs hələ də qüvvədədir. O, həmçinin xəbərdarlıq edib ki, əgər HƏMAS razılaşmanı pozarsa, ABŞ-ın bir sıra müttəfiqləri Qəzza zolağına qoşun göndərməyə hazırdır.

Trampın sözlərinə görə, Fələstin hərəkatının “düzgün qərar verəcəyinə” hələ də ümid var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki