image-n1karobka_ads
image-123
image-media-1-x9kprame2ul5jy8nzc3sbackend

42 il həbsdə olan Şimali Koreya veteranı vətənə qayıtmaq istəyir

image-ad_qayo_720x110px

Cənubi Koreyada 42 il həbsdə yatmış Şimali Koreya ordusunun veteranı Ahn Hak-sop Seul hökumətinə müraciət edərək onu KXDR-ə qaytarmaq istədiyini bildirib.

Doğru.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. 95 yaşlı veteranın sözlərinə görə, o, Rusiya və ya Çin üzərindən vətəninə qayıtmaq niyyətindədir.

Ahn Hak-sop qeyd edib ki, hökumət üç aydır onun müraciətinə konkret cavab vermir və yalnız “müxtəlif variantlar üzərində işlədiyini” bildirir.

Xatırladaq ki, ötən cümə günü – oktyabrın 10-da Pxenyanda Koreya Fəhlə Partiyasının 80 illik yubileyi münasibətilə hərbi parad keçirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki