Avropa ölkələri və Kiyevin Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifi ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planı əsasında hazırlanıb.
Doğru.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, “təklif Trampın Qəzza sülh razılaşması əsasında hazırlanıb”.
Məlumata görə, NATO-nun baş katibi Mark Rutte oktyabrın 22-də planı Donald Trampa təqdim edəcək.
Xatırladaq ki, “Bloomberg” daha əvvəl Avropa ölkələri və Kiyevin Ukraynada münaqişəyə son qoymaq məqsədilə 12 bəndlik təklif hazırladığını bildirmişdi. Agentliyin məlumatına əsasən, plana digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi də daxildir.
DOĞRU.AZ