Məşhur fransalı fotoqraf Reza Deqati Qələbə Gününün beşinci ildönümü münasibətilə Bakıya qayıdıb.
Doğru.az xəbər verir ki, Reza Deqati bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, çətin günləri Azərbaycan xalqı ilə birlikdə yaşayıb və indi qürur və sevinc dolu anları bölüşmək üçün Bakıya gəlib:
“Əziz dost, Qələbə Gününün beşinci ildönümündə sizinlə birlikdə olmaq üçün Bakıya qayıtmışam. Çətin günləri birlikdə yaşamışıq və indi qürur və sevinc dolu anları paylaşmaq istədim.”
Fotoqraf həmçinin qeyd edib ki, ötən ay Azərbaycan, xüsusilə Qarabağ mövzusunda çəkdiyi fotolar Çin, Gürcüstan və Fransada dörd fərqli məkanda sərgilənib. O bildirib:
“Saint Benoit-də yeni ‘Image Garden’ bağı mənim fotolarımla açıldı. Bir çox şagird və tələbələr sərgiləri ziyarət etdi. Fotoqrafiyanın həqiqəti yaymaq üçün ən yaxşı vasitə olduğuna inanıram və biz bu davamlı sülhü birlikdə qeyd edəcəyik.”
Reza Deqati illərdir Azərbaycanda və Qarabağda baş verən hadisələri öz obyektivindən dünyaya tanıdan tanınmış sənətkardır.
DOĞRU.AZ