İslandiyada ilk dəfə ağcaqanadlar aşkar edilib.
Doğru.az xəbər verir ki, bu barədə RUV məlumat yayıb.
Entomoloq Björn Hjaltason üç ağcaqanadın tapıldığını ilk olaraq bildirib. Tapıntılar analiz üçün IINH laboratoriyasına göndərilib və burada entomoloq Mattias Alfredsson həşəratların ağcaqanad olduğunu təsdiqləyib. O, növün soyuğa davamlı olduğunu da qeyd edib.
Məqalədə bildirilir: “İslandiyada ilk dəfədir ki, ağcaqanad tapılıb, baxmayaraq ki, bəziləri əvvəllər ölkəyə gələn təyyarələrdə aşkarlanmışdı.”
Qeyd olunur ki, bundan əvvəl ABC telekanalı alimlərin 1812-ci ildə Rusiyada hərbi kampaniya zamanı Napoleon Bonapartın ordusunun məhvinə töhfə verən iki növ təhlükəli bakteriyanı aşkarladığını xəbər vermişdi.
DOĞRU.AZ