Amerikalı iş adamı İlon Maskın atası Errol Mask Kazanda Bəşir Rameyev adına İT Parkda olub.
Doğru.az xəbər verir ki, qonağa ekskursiya təşkil olunub, elektron idman arenası və uşaq İT parkı nümayiş etdirilib. O, həmçinin bəzi sakinlərlə görüşüb, məlumatı Business Online yayıb.
İlon Maskın atasının Kazana səfər planları ötən həftə açıqlanıb. Bəzi məlumatlara görə, Errol Mask süni intellektin inkişafı ilə maraqlanır və İnnopolisə də səfər etməyi planlaşdırır.
Qeyd olunur ki, bundan əvvəl Errol Mask RT kanalında Qərb televiziya kanallarını tənqid edib.
DOĞRU.AZ