image-2000x150px
image-123
image-ads_atlas
image-16418150343597130886_1000x669backend

İlham Əliyev yeni səfiri qəbul etdi – YENİLƏNİB + FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Abdelouahab Osman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə həmişə beynəlxalq hüququn aliliyini və Qoşulmama Hərəkatının təməlini təşkil edən Bandunq prinsiplərini rəhbər tutmuşdur.

Prezident İlham Əliyev 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntılara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirib.

Səfir Abdelouahab Osman Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.

Abdelouahab Osman Əlcəzairin BMT Nizamnaməsinin prinsipləri və məqsədlərinə, o cümlədən ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə və daxili işlərə müdaxilə etməməyə tam sadiq olduğunu qeyd edib. Səfir ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir Abdelouahab Osman Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki