image-2000x150px
image-123
image-ads_atlas
image-26536_ne6uu5iv0abackend

İlham Əliyevin Zelenski ilə təkbətək görüşü oldu – Yenilənib

image-728x90px

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

Doğru.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarsalayıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki