image-n1karobka_ads
image-123
image-img_20250612_191446backend

İlqam Cəbiyev: “Şinəband mənim kəndimdir”

Lerik deyəndə ilk yadına nə düşür bilmirəm… Amma mənim üçün bu ad həyatımın başlanğıcı, yaddaşımın sirli sandığıdır. Və bu müqəddəs torpağın ən əziz guşəsi – Şinəband kəndi – mənim ruhumun, varlığımın bir parçasıdır.

Şinəband – hər daşında, hər çiçəyində bir izim olan yer… Uşaq vaxtı quzu otardığım çəmənliklər, axar su səsinə yuxuya getdiyim gecələr, səhərlər dağlardan gələn saf hava… Sən mənim təkcə doğulduğum kənd deyilsən, sən mənim ikinci nəfəsimsən.

Ailəmi də burada tanıdım – anamın səmimi baxışlarını, atamın zəhmətdən bərkimiş əllərini, nənəmin ocağının istisini… Bu kənd mənə sadəcə torpaq verməyib, ruh verib, təmiz qəlb verib.

Obama kəndindən çoxlarını tanıyıram, amma Şinəband mənimdir, orada mənim adım, soyum, köküm yaşayır. Bu kənddə insanlar sözünün ağasıdır, zəhməti ilə öyünər, halallığı ilə fəxr edər.

Gözüm harada olsa da, könlüm daima Şinəbandadır… Oradakı bulaq səsi, dağ yamacındakı quşların cəh-cəhi, çiçəklərin ətri mənim üçün dünyanın heç bir yerində yoxdur.

Bilirəm, bu kənd balacadır… Amma mənim üçün böyük bir dünyadır. O dünyanın adı – Şinəbandır.

Allah bu torpağın insanını, ağacını, daşını, suyunu qorusun. Mən hara getsəm də, qəlbimdə bir səs deyəcək: “Orda sənin Şinəband kəndin var…

İlqam Cəbiyev

DOĞRU.AZ

image-img_20250612_191437image-img_20250612_191432image-img_20250612_191440

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki