image-2000x150px
image-123
image-ads_atlas
image-901bd-1620635819backend

“İMZA”-çılar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib – FOTOLAR

image-728x90px

“İMZA”-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr  departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə Birliyin rəhbər heyəti, kollektiv üzvləri və könüllüləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda Ümummili Liderimizin məzarını ziyarət ediblər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini, vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”-çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül-çiçək dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra İctimai Birliyin sədri Xəyyam Əsgərov və kollektiv üzvləri, o cümlədən də İMZA könüllüləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əlieyavının da məzarını ziyarət edib, onun nurlu xatirəsini yad ediblər.

Daha sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları da ziyarət olunub.

DOĞRU.AZ

blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image
blog-list-image
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki