image-2000x150px
image-123
image-ads_atlas
image-inammmbackend

İnam Kərimov Moldovanın nümayəndə heyəti ilə görüşdü

image-728x90px

Moldova Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Ali Məhkəməsində olub. 

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları salamlayıb, onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Sədr Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində daimi iş aparılır, hakim vəzifəsinə seçim prosedurları müasir standartlara uyğunlaşdırılır, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.

Sonra iki ölkə arasında məhkəmə-hüquq sistemləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki