image-n1karobka_ads
image-123
image-686fea9802e8bd79752e472abackend

İngiltərə və Fransa nüvə silahlarının koordinasiyası üzrə saziş imzalayıb

image-ad_qayo_720x110px

London və Paris nüvə qüvvələrinin koordinasiyası və hərbi əməkdaşlığın genişləndirilməsi barədə sazişə imza atıblar. Reuters-in məlumatına görə, tərəflər hazırda Ukraynada istifadə olunan əlavə “Storm Shadow” qanadlı raketlərini almaq öhdəliyi götürüb və nüvə əməkdaşlığını dərinləşdirmək barədə razılığa gəliblər.

Doğru.az-ın xəbərinə görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer razılaşmaların ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb və NATO çərçivəsində Britaniya ilə Fransanın müdafiə sahəsində uzunmüddətli əməkdaşlığını qeyd edib.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz ABŞ-la nüvə tərəfdaşlığının davam etdirilməsinin tərəfdarı olduğunu, həmçinin ümumavropa nüvə müdafiə sisteminin yaradılması məsələlərinə hazır olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki