image-ads_n1karobka_mobile
image-jjjjbackend

İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə qərarı ilə İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilən 1978-ci il təvəllüdlü Mehman Qərib oğlu Qasımov Gürcüstanda tutulub.

O, Azərbaycan Cinayət Məcəlləsinin 206-cı və 234-cü (Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinir. M.Qasımovun Azərbaycana ekstradisiyası üçün tədbirlər həyata keçirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki