image-n1karobka_ads
image-123
image-b59a51a3164450786874984245310252205backend

İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Mayın 29-da iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 22 ünvanında Lerik rayon Mədəniyyət Mərkəzinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki