image-n1karobka_ads
image-123
image-whatsapp-image-2023-07-04-at-09-29-12backend

“İrAero” bu gündən Azərbaycana yeni reyslərə başlayır

image-ad_qayo_720x110px

Bu gündən Rusiyanın “İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır.

Oxu.Az xəbər verir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə axşamı günləri “Sukhoi Superjet” 100 təyyarəsi ilə həyata keçiriləcək.

Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə nəzərdə tutulub. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 303 manat) başlayır.

Qeyd edək ki, “İrAero” aviaşirkəti Novosibirsk, Kazan, Yekaterinburq, Samara, Sankt-Peterburq və s. şəhərlərdən Azərbaycana müntəzəm reyslər həyata keçirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki